525.Az

Tallində Azərbaycan mədəniyyəti günü


 

Tallində Azərbaycan mədəniyyəti günü<b style="color:red"></b>

Tallində Kadriorg rəsm muzeyində "Milli azlıqlar həftəsi" çərçivəsində Azərbaycan günü keçirilib.

Tədbirin təşkilatçıları Estoniya Azərbaycan həftəsonu məktəbi "Orhan" və Tallinn şəhər muzeyidir.

Yüzdən çox qonağın iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin rəhbəri Sənəm Əliyeva açaraq Azərbaycan tarixi, mədəniyyəti və adət-ənənələrindən danışıb və slaydlar nümayiş etdirib.

Tədbirdə məktəbin rəsm dərnəyinin müəllimi, xalça ustası Rövşən Quliyev tarix və mədəniyyətimizin kart viziti, xalqımızın ən sevimli incəsənət növü olan Azərbaycan xalçaçılıq sənəti barədə məlumat verib.

Qonaqlara xalça toxunması üzrə ustad dərsi keçirilib. Daha sonra tədbir məktəbin rəqs müəllimi Səkinə Dəmirovanın və şagirdlərinin ifasında Azərbaycan rəqsi ilə davam etdirilib. Muzeyə gələn həm böyüklər, həm də uşaqlar "Tərəkəmə" rəqsinin sədaları altında rəqs etdilər. Tədbir Buta milli naxışı ilə tanışlıq və uşaqların bu naxışı çəkməsi ilə davam etdirilib.

Azərbaycan günü böyük maraq və hörmətlə qarşılanıb.

 





26.09.2017    çap et  çap et