525.Az

VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək


 

VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək <b style="color:red"></b>

Sentyabrın 28-də Rusiya Federasiyasının Stavropol şəhərində VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Forum Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Nazirlikdən verilən məlumata görə, forumda hər iki ölkənin dövlət rəsmiləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, ticarət, turizm, tikinti, maliyyə və konsaltinq, səhiyyə və digər sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəklər.

Tədbir çərçivəsində plenar iclası, sənaye, turizm, aqrar, səhiyyə və humanitar sahələr üzrə dəyirmi masalar keçiriləcək. Həmçinin, Azərbaycan və Rusiya iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Qeyd edək ki, forumda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Ceyhun ABASOV

 





26.09.2017    çap et  çap et