525.Az

Azərbaycanla Avropa Birliyi arasında viza rejimi sadələşdirilir


 

Azərbaycanla Avropa Birliyi arasında viza rejimi sadələşdirilir<b style="color:red"></b>

“Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş bu ilin noyabr ayında imzalanacaq”

APA-nın məlumatına görə, bu barədə Avropa Birliyinin Azərbaycandakı  nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
 
Onun sözlərinə görə, bu ilin noyabr ayında Litvanın paytaxtı Vilnüsdə Avropa Birliyi və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək və adıçəkilən sazişlər də həmin tədbirdə imzalanacaq: «Vizaların sadələşdirilməsi üzrə sazişlərin imzalanması Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin əyani sübutudur. Azərbaycan vətəndaşları üçün viza proseslərinin sadələşdirilməsinə artıq bir neçə ay qalır».

 





29.05.2013    çap et  çap et