525.Az

Venesuelada amerikalı diplomatları güllələdilər


 

Venesuelada amerikalı diplomatları güllələdilər<b style="color:red"></b> Venesuelanın paytaxtı Karakasda amerikalı diplomatlar güllələnib.
 
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Belo kampo” ticarət mərkəzində baş verib.
 
ABŞ-ın Venesueladakı hərbi ataşesinin köməkçiləri Roberto Esyekyel və Pol Morvin ticarət mərkəzindəki ziyarətçilərdən biri ilə mübahisə ediblər. Həmin şəxs isə tapança çıxararaq onların hər ikisinə atəş açıb və daha sonra hadisə yerindən qaçıb. Roberto Esyekyel qarın və ayağından, Pol Morvin isə qarnından güllə yarası alıb. Diplomatların hər ikisi xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. Polis araşdırma aparır.
 
ABŞ Dövlət Departamenti də ABŞ-ın Venesueladakı səfirliyinin iki əməkdaşının güllə yarası aldığını təsdiqləyib. Ancaq Dövlət Departamenti hadisənin detalları barədə açıqlama verməyib.
 





29.05.2013    çap et  çap et