525.Az

"İdman Azərbaycan" telekanallara xəbərdarlıq etdi


 

"İdman Azərbaycan" telekanallara xəbərdarlıq etdi<b style="color:red"></b>

"İdman Azərbaycan" telekanalı bəyanat yayıb.

525.az həmin bəyanatı təqdim edir:
 
"Respublikamızın telekanallarının və ayrı-ayrı elektron informasiya vasitələrinin nəzərinə çatdırırıq ki, Topaz Premyer Liqasının oyunlarının yayımlanması haqqında Azərbaycan Televiziyası ilə müqavilə imzalanıb. Bu müqaviləyə əsasən milli çempionatın oyunlarından reportajların və videomaterialların efirə verilməsi AZTV və “İdman Azərbaycan” telekanallarının eksklüziv hüququdur.
 
Bəzi informasiya vasitələrində AzTV-dən köçürülmüş və sürəti çıxarılmış videotəsvirlərdən istifadə halları qeydə alınır. Bütün bunlar qanunvericiliyə zidd xarakter daşıyır. AZTV və "İdman Azərbaycan" kanallarıın videomateriallarından hər hansı bir şəkildə, hətta loqotip nişanı ilə istifadəsi və efirə verilməsi yolverilməzdir və bu Azərbaycan Televiziyasının müəllif hüquqlarının pozulması deməkdir. AZTV gələcəkdə belə halların təkrarlanacağı təqdirdə müvafiq tədbirlər görmək hüququndan istifadə edəcək.
 
Xatırladaq ki, Topaz Premyer Liqasına aid bütün videomateriallardan istifadə etmək məsələsi yalnız AZTV-yə müraciət etməklə razılaşdırıla bilər.

 





02.10.2012    çap et  çap et