525.Az

"Üzünə tüpürəcəyəm"


 

"Üzünə tüpürəcəyəm"<b style="color:red"></b> "Seda Sultan" proqramına qonaq olan müğənni Demet Akalın köhnə dostu Alişan haqqında ağır sözlər işlədib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Demet Alişandan küsməsinin səbəbini onun laqeydliyi və saymamazlığı ilə bağlayıb. Müğənni 8 illik dostluğa peşman olduğunu deyib.

"Onunla hesabımız bitməyib. Üzünə tüpürəcəyəm. Mən ona həmişə sahib çıxmışam. Əsgərlikdən gələndə ona dəstək oldum. Onun bu hərəkətləri çox çirkindir".

Demet Akalın bildirib ki, həyat yoldaşı ona Alişanla görüşməyə icazə verməyib. Bunun qarşılığında Alişan twitter-də "Beyinsizlərə inanan beyinsizlər" yazaraq Demeti hövsələdən çıxarıb: "Səhərə qədər gözləsəm də, Alişan o mesajı silmədi".
 





02.10.2012    çap et  çap et