525.Az

“Azərbaycan-ABŞ tərəfdaşlığı artıq sınaq dövründən çıxıb”


 

“Azərbaycan-ABŞ tərəfdaşlığı artıq sınaq dövründən çıxıb”<b style="color:red"></b>

“Ölkələrimiz həqiqi və etibarlı dostdur”

Azərbaycan prezidenti İlham Əliyevin adından mayın 29-da bir qrup ABŞ konqresmeninin şərəfinə işçi lanç verilib.
 
APA-nın məlumatına görə, dövlət başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla davam edəcəyinə əminliyini ifadə edib.
 
Azərbaycanla ABŞ arasında tərəfdaşlıq əlaqələrinin böyük tarixi ənənələrə malik olduğunu vurğulayan prezident ölkələr arasında daha sıx əməkdaşlığın qurulmasına qarşılıqlı marağın olduğunu qeyd edib.
 
Azərbaycan-ABŞ tərəfdaşlığının artıq sınaq dövründən çıxdığını deyən dövlət başçısı ölkələrimizin həqiqi və etibarlı dost olduğunu vurğulayıb. Prezident İ. Əliyev müxtəlif sahələrdə, o cümlədən qanunverici və icraedici orqanlar arasında əlaqələrin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
 
“Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yeni təcrübə olduğunu vurğulayan ABŞ senatoru Riçard Luqar ABŞ-Azərbaycan dostluğunun daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

 





29.05.2013    çap et  çap et