525.Az

Google daha intellektual smartfon yaradacağına söz verir


 

Google daha intellektual smartfon yaradacağına söz verir<b style="color:red"></b> Google şirkəti istifadəçilərə yeni proqram yığımı və şəbəkədə iş üçün daha çox intellektuallıq təklif edəcək smartfon buraxmağı planlaşdırır.
 
Cybersecurity-nin məlumatına görə, qurğu Motorola brendi ilə buraxılmaqla Motorola Mobility törəmə şirkəti tərəfindən istehsal ediləcək. Yeni qurğu MotoX adlandırılacaq və tamamilə ABŞ-da istehsal olunacaq.
 
Google nümayəndələri bildirirlər ki, yeni qurğunun istehsalı Çində yığılan qurğularla müqayisədə daha bahalı olsa da, şirkət nəqliyyat xərclərində qənaət etməyi nəzərdə tutur. Bundan başqa, şirkət MotoX-in maya dəyərindən çox baha satmayacağına söz verir.
 
Motorola Mobility-nin rəhbəri Dennis Vudsayd Kaliforniyada keçirilən D11 konfransı çərçivəsində bildirib ki, yeni telefon Google və Motorola şirkətlərinin birgə səyi ilə buraxılacaq.
 
MotoX qabacqıl aparatlar sinfinə aid olacaq və təkcə iPhone ilə deyil, həm də Galaxy S4 və HTC One smartfon modelləri ilə rəqabət apara biləcək. D.Vudsaydın sözlərinə görə, smartfon mövcud cihazlarla müqayisədə daha çox qurğularla qarşılıqlı əlaqə yarada biləcək. “Smartfon artıq əvvəlcədən istifadəçinin istəklərini başa düşə biləcək”, - o qeyd edib.
 
Smartfonun daxilində əvvəlcədən işə salınmış və həmişə aparatı izləyəcək sensorlar (giroskop və akselerometr) yerləşdiriləcək. Məhz bu səbəbdən smartfon özünün cibdə, stolun üstündə və ya saatda 100 km/saat sürəti ilə hərəkət edən maşında olmasını başa düşəcək və bunun əsasında bu və ya digər əlavələri işə salmağı təklif edəcək. Motorola əməkdaşları istehsal edəcəkləri aparatın iPhone 5-dən ucuz olmaqla kütləvi istifadəçiyə hazırda yüksək qiymət kateqoriyasına aid smartfonlarda yer alan funksionallığa qoşulmağa imkan yaradacağına söz verirlər.
 





30.05.2013    çap et  çap et