525.Az

Bakıda dərsə gedən 15 yaşlı qız yoxa çıxıb


 

Bakıda dərsə gedən 15 yaşlı qız yoxa çıxıb<b style="color:red"></b> Bakıda yeniyetmə qız itkin düşüb.

Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əli Nəzmi küçəsi 86 ünvanında yaşayan 1998-ci il təvəllüdlü Səfərova Nigar Vasif qızı mayın 27-də saat 08 radələrində dərsə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
 
Valideynləri 15 yaşlı qızın xarakterik əlamətlərini polisə bildiriblər. Hazırda N.Səfərovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 





30.05.2013    çap et  çap et