525.Az

Qarabağ bayatıları - Fikrət Qoca


 

Qarabağ bayatıları - <b style="color:red">Fikrət Qoca</b>

Düzüm-dağım Qarabağ,
Cənnət bağım Qarabağ!
Biz odlar övladıyıq,
İlk ocağım - Qarabağ!

Qarabağ - böyük bağdı.
Dağı da - böyük dağdı.
Qarabağ bizim olub,
Bizim də olacaqdı.

Qarabağ bir cahandı,
Qarabağ canda candı.
Qarabağın anası
Böyük Azərbaycandı.
                    
05.10.2017

 

 





08.10.2017    çap et  çap et