525.Az

18 yaşlı qız ağrılardan qurtulmaq üçün özünü çaya atdı- Video


 

18 yaşlı qız ağrılardan qurtulmaq üçün özünü çaya atdı- <b style="color:red">Video</b> Goranboyda 18 yaşlı qız özünü çaya ataraq intihar edib.

Hadisə ötən gün rayonun Qaraçinar kəndi ərazisində baş verib. Əslən Kəlbəcər rayonundan olan 18 yaşlı Əfsanə İsmayılova saat 21:00 radələrində özünü yaşadığı Qaraçinar kəndindən keçən Qaraçaya atıb. Dərhal yaxınları tərəfindən polisə məlumat verilib.

Gecəboyu yaxınları və ərazidə xidmət edən Xocalı rayon Polis Şöbəsinin əməkdaşları onu axtarıb. Bu gün səhər saat 07:00 radələrində Əfsanə İsmayılovanın meyidi çaya düşdüyü yerdən təqribən 2 km aşağıda - Goranboy rayonunun Zeyvə kəndi ərazisində sudan tapılıb.
 
Ailə üzvlərinin ehtimalına görə, o, bir müddətdir zob xəstəliyindən əziyyət çəkdiyindən ağrılardan qurtulmaq üçün intihar edib. Hələlik Goranboy Rayon Prokurorluğu da bu ehtimalı araşdırır. Ölümün dəqiq səbəbi isə araşdırmaların və məhkəmə tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

 





30.05.2013    çap et  çap et