525.Az

Putinin adamları rüşvət alarkən tutuldular


 

Putinin adamları rüşvət alarkən tutuldular<b style="color:red"></b>

Bu gün polis Moskvada Rusiya prezidentinin işləri üzrə idarənin "Maliyyə və hüquqi təminat mərkəzi" Federal Dövlət Vahid Müəssisənin əməkdaşlarını rüşvət aldıqlarına görə saxlayıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, onlar 4 milyon rubl almaqda ittiham olunurlar.

Məlumata görə, həmin qrupun tərkibində Rusiya prezidentinin işləri üzrə idarənin "Maliyyə və hüquqi təminat mərkəzi" FDVM-nin direktor müavini və onun tabeliyində olan iki nəfər, eləcə də vasitəçi qismində çıxış edəm kommersiya firmasının baş direktoru daxildir. Hüquq-mühafizə orqanları həmin şəxlərin Moskvanın mərkəzində Varvarka küçəsində ofis otaqlarının icarəyə verilməsi haqda razılaşmanın bağlanması üçün kommersiya təşkilatının nümayəndəsindən 10 milyon rubl tələb ediblər.

Həmin şəxs məsələ ilə bağlı polisə müraciət edib. Vəzifəli şəxslər tələb etdikləri məbləğin 4 milyonunu alarkən polis tərəfindən saxlanılıblar. Dələduzluq maddəsi ilə cinayət işi açılıb.

 





30.05.2013    çap et  çap et