525.Az

İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib


 

İlham Əliyev Almaniya və Koreya prezidentlərini təbrik edib<b style="color:red"></b>

Ölkə başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauka təbrik məktubu göndərib.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezidentin təbrikində deyilir:

“Almaniya Federativ Respublikasının milli bayramı – Alman birliyi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan-Almaniya münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızı birləşdirən çoxşaxəli dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın geniş əhatə dairəsi bu mənada xüsusi məmnunluq doğurur.
Ümidvaram ki, ikitərəfli qaydada həyata keçirdiyimiz işlərin müvəffəqiyyətlə davam etdirilməsi, eləcə də Avropa strukturları çərçivəsində tərəfdaşlığımızın dərinləşdirilməsi yolunda bundan sonra da ardıcıl səylər göstərəcəyik”.

Prezident İlham Əliyev, həmçinin Koreya Respublikasının prezidenti Li Men Baka da təbrik məktub göndərib. Təbrik məktubunda ölkələrimiz arasında dostluq münasibətlərinin xalqlarımızın rifahına töhfələr verəcəyi vurğulanır.

 





02.10.2012    çap et  çap et