525.Az

Avtobus kartının qiyməti bəlli oldu


 

Avtobus kartının qiyməti bəlli oldu<b style="color:red"></b> Nəqliyyat Nazirliyinin sözçüsü: “Avtobuslarda istifadə üçün buraxılacaq kartlarla alış-veriş etmək də mümkün olacaq”
 
“Avtobuslarda kart sisteminə keçmək üçün ilkin mərhələdə ən azı 500 minə yaxın kart lazımdır”.
 
Lent.az-ın “movqe.az”-a istinadən verdiyi məlumata görə, bunu Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov söyləyib.
 
Namiq Həsənov bildirib ki, kartların satışı üçün şəhərin bütün nöqtələrində məntəqələr olacaq: “Bu kartlar metro kartlarından fərqli olaraq bank məhsulu olacaq. Karta sahib olan sərnişin, ondan təkcə ictimai nəqliyyatda deyil, alış-verişdə də istifadə edə biləcək”.
 
Namiq Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşma sisteminin gediş haqqına təsir etməyəcəyini də nəzərə çatdırıb.
 





30.05.2013    çap et  çap et