525.Az

Fransa prezidenti Azərbaycan prezidentinə məktub ünvanlayıb


 

Fransa prezidenti Azərbaycan prezidentinə məktub ünvanlayıb<b style="color:red"></b>

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

525.az-ın məlumatına görə, məktubda deyilir: “Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, tərəqqi və uğurlar arzulamaqdan məmnunam.
 
Bu gün Azərbaycan siyasət, iqtisadiyyat, mədəniyyət və idman sahələrində beynəlxalq aləmdə mühüm bir iştirakçıya çevrilib.
 
Arzu edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə tanınması gələcəkdə də davam etsin və ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.
 
Əmin ola bilərsiniz ki, Cənubi Qafqazda sülh əldə olunması üçün Fransa fəal öhdəliyini davam etdirəcək.
 
Cənab Prezident, Sizə çox yüksək hörmət və ehtiramım olduğuna əmin ola bilərsiniz”.
 
Gürcüstan prezidenti Maxail Saakaşvili, Rumıniya prezidenti Trayan Basesku, Serbiya prezidenti Tomislav Nikoliç, Yunanıstan prezidenti Karolos Papulyas, Litva prezidenti Dalya Qribauskayte, Estoniya prezidenti Toomas Hendrik İlves, Bruney sultanı Hacı Həssənal Bolkiah, Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğlu, İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli da 28 May - Respublika günü münasibətilə Azərbcyan dövlət başçısına təbrik ünvanlayıblar.

 





30.05.2013    çap et  çap et