525.Az

Ruslar Tiflisə 25 kilometr də yaxınlaşdı


 

Ruslar Tiflisə 25 kilometr də yaxınlaşdı<b style="color:red"></b> Tanınmamış Cənubi Osetiya Respublikası sərhəd nişanı kimi qoyulan tikanlı məftilləri müxtəlif sahələrdə 22-25 kilometr önə çəkib.
 
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan xarici işlər naziri Mayya Pancikidze bəyan edib.
 
Gürcüstan xarici işlər naziri  bildirib ki, Cənubi Osetiyadakı Rusiya əsgərlərin sərhəd çəpərini müxtəlif istiqamətlərdə Gürcüstanın dərinliklərinə doğru 22-25 kilometr önə çəkən zaman 40 ailə zərər çəkib.  Bu dəqiqələrdə  Mayya Pancikidze Tiflisdə akkreditə olunmuş xarici ölkə diplomatları ilə görüş keçirir.
 





30.05.2013    çap et  çap et