525.Az

AFFA-dan "Neftçi" və "Xəzər Lənkəran"a ağır cəza


 

AFFA-dan "Neftçi" və "Xəzər Lənkəran"a ağır cəza<b style="color:red"></b>

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda Azərbaycan kubokunun final “Neftçi” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra baş vermiş hadisə ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

“Neftçi” klubunun komanda rəisi Güloğlan Cabbarovun klubda tutduğu vəzifəsindən azad olduğunu nəzərə alaraq, “Neftçi” klubu 40 000 manat cərimə olunub.

“Neftçi” klubunun operatoru Dadaş Zeynalov dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun məşqçisi Neboşa Manoloviç  dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun futbolçusu Saşa Stamenkoviç qeyri-etik hərəkətə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.

“Neftçi” klubunun futbolçusu Mahir Şükürov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunub.

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev dava-dalaşda iştirak etdiyi üçün 12 oyunluq cəzalanır, klub 6000 manat cərimə olunub.

“Neftçi” klubunun təhlükəsizlik xidmətinin 3 üzvü: Əsgərov Elnur, Ağayev Şəhriyar və Seyidov Mirramin dava-dalaşda iştirak etdiyi üçün hər biri 12 oyunluq cəzalanır, klub 18 000 manat cərimə olunub.

“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunub.

“Xəzər Lənkəran” klubunun futbolçusu Rodomir Todorov dava-dalaşda iştirak etdiyinə görə 6 oyunluq cəzalanır, klub 3000 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Qeyd: bu cəzalar yalnız Azərbaycan kubokuna şamil edilir.

 





31.05.2013    çap et  çap et