525.Az

“Neftçi” - “Xəzər Lənkəran” oyunuyla bağlı cinayət işi açıldı


 

“Neftçi” - “Xəzər Lənkəran” oyunuyla bağlı cinayət işi açıldı<b style="color:red"></b>

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu  Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” futbol klubları arasında keçirilən final oyunundan sonra baş verənlərlə bağlı rəsmi məlumat yayıb.

525.az-ın Baş prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, məlumatda deyilir: «Mayın 28-də T.Bəhramov adına Respublika satadionunda Azərbaycan kuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” futbol klubları arasında keçirilən final oyunundan sonra futbol meydançasında həmin klubların azarkeşləri arasında qarşıdurma yaranmaqla, onlar heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən xuliqanlıq ediblər.
 
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində insident aradan qaldırılıb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda Bakı şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi üzrə təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir».

 





31.05.2013    çap et  çap et