525.Az

İyunda hava necə olacaq?


 

İyunda hava necə olacaq?<b style="color:red"></b>

Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən xəbərə görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər yüksək  olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-20, gündüzlər 25-30 dərəcə isti qeydə alınacaq, bəzi günlərdə temperatur 33-38 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-12 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 20-25 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti olacaq, bəzi günlərdə hərarət 34-37 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 9-14 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti qeydə alınacaq, bəzi günlərdə temperatur 26-30 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr 13-18, gündüzlər 25-30 dərəcə isti qeydə alınacaq, bəzi günlərdə temperatur 33-37 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr 12-17 dərəcə, gündüzlər 22-27 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 30-34 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və  bir dərəcə yüksəkdir. Gecələr 16-21 dərəcə, gündüzlər 27-32 dərəcə isti olacaq, bəzi günlərdə temperatur 35-39 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 12-49 mm)  olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturun 16-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 13-18 dərəcə, gündüzlər 24-29 dərəcə isti olacaq, bəzi günlərdə temperatur  32-35 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

 





31.05.2013    çap et  çap et