525.Az

Fərhad Abdullayev yenidən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri seçilib


 

Fərhad Abdullayev yenidən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri seçilib<b style="color:red"></b>

Milli Məclisdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Fərhad Abdullayevin növbəti dəfə Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunması ilə bağlı təqdimatına baxılıb.

APA-nın məlumatına görə, təqdimat layihəsini deputatlara MM sədri Oqtay Əsədov təqdim edib.
 
Bildirilib ki, “Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən son düzəlişlərdən sonra Konstitusiya Məhkəməsinə sədr bu dəfə 15 illik təyin olunacaq. Düzəlişlərə qədər isə sədrin 10 ildən bir seçilməsi nəzərdə tutulurdu. F. Abdullayev qanunun bundan əvvəl qüvvədə olan variantına əsasən 25 iyun 2003-cü ildə seçildiyi üçün onun səlahiyyət müddəti bu il iyunun 25-də bitir.
 
Təqdimatdan sonra layihə səsə qoyulub və deputatlar yekdilliklə Fərhad Abdullayevin növbəti dəfə Konstitusiya Məhkəməsinin sədri seçilməsinə səs veriblər.
 
Sonra F. Abdullayev deputatlar qarşısında and içib.
 

 





31.05.2013    çap et  çap et