525.Az

"Son zəng"ə gedən məzunu maşın vurdu


 

"Son zəng"ə gedən məzunu maşın vurdu<b style="color:red"></b>

Bakıda «Son zəng” günü məzunu maşın vurub. Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Şəfidayev Cavid Oqtay oğlunu yolu keçərkən avtomobil vurub. Hadisəni törədən avtomobil müəyyən edilib. Qəza nəticəsində xəsarət alan C. Şəfidayev Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, C. Şəfidayev oxuduğu məktəbdə keçirilən “Son zəng” tədbirinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

 





31.05.2013    çap et  çap et