525.Az

Tanınmış kinooperator dünyasını dəyişdi


 

Tanınmış kinooperator dünyasını dəyişdi<b style="color:red"></b>

Azərbaycan kinosunda özünəməxsus iz qoymuş kinooperator Fikrət Əsgərov dünən ömrünün 70-ci ilində dünyasını dəyişib.
 
ANS PRESS-in verdiyi məlumata görə, 1943-cü ildə Gəncə şəhərində doğulan Fikrət Əsgərov 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakultəsini (B.Volçekin emalatxanasını) bitirib.

1959-cu ildən "Azərbaycanfilm" kinostudiyasıda işləyib. Tanınmış operator “Qayınana”, “Yük”, “Kişi sözü”, “Möcüzələr adası”, “Toy”, “Bizi bağışlayın” vəs kimi məşhur filmlərin quruluşu operatoru olub.

Mərhumla vida mərasimi bu gün saat 14:00-da Təzə Pir məscidində olacaq.

 





31.05.2013    çap et  çap et