525.Az

Hansı deputat Suriya qaçqınlarına nə qədər yardım edib?


 

Hansı deputat Suriya qaçqınlarına nə qədər yardım edib?<b style="color:red"></b>

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) aprel ayının 2-də elan etdiyi "Suriya qaçqınlarına yardımınızı əsirgəməyin!" kampaniyası çərçivəsində bu günədək 7 190 manat (9 000 ABŞ dolları) vəsait toplanıb.

Bu barədə APA AzQAC-ın rəsmi saytına istinadən məlumat verib.
 
Toplanmış vəsaitlər mayın 1-də və mayın 30-da Türk Kızılayının hesabına köçürülüb.
 
Cəmiyyət yardım kampaniyasına qoşulmuş hüquqi və fiziki şəxslərin adlarını və ödədikləri yardımları da açıqlayıb. Ümumilikdə yardım kampaniyasında 49 hüquqi və fiziki şəxs iştirak edib.
 
Kampaniyaya AzQAC-ın prezidenti, deputat Novruz Aslanov 391,5 manat (500 dollar), Aypara Humanitar Fondu 788 manat (1000 dollar), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 1465 manat (1831 dollar), Gidromaşservis QSC 1200 manat (1524 dollar), Dövlət Dillər Universiteti 800 manat (1016 dollar), Milli Məclisin deputatları - Mahir Aslanov 100 manat (128 dollar),  Adil Əliyev 500 manat (635 dollar), Qüdrət Həsənquliyev 50 manat (63 dollar), Ərəstun Cavadov 200 manat (254 dollar) və Tahir Süleymanov 200 manat (254 dollar) ianə verib.
 
Kampaniyaya həmçinin Milli Məclisin adından 100 manat (127 dollar) vəsait yardımı olub

 





31.05.2013    çap et  çap et