525.Az

Milli Demokratiya İnstitutu Azərbaycanda fəaliyyətini davam etdirəcək?


 

Milli Demokratiya İnstitutu Azərbaycanda fəaliyyətini davam etdirəcək?<b style="color:red"></b>

Səfir: “Azərbaycan hökuməti bizə məlumat verib ki, Milli Demokratiya İnstitutu ilə bağlı məsələ həll olunub”

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Milli Demokratiya İnstitutu ilə bağlı bəyanat verib. ABŞ səfirliyinin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda deyilir: “Azərbaycan hökuməti bizə məlumat verib ki, Milli Demokratiya İnstitutu ilə bağlı məsələ həll olunub. Milli Demokratiya İnstitutu vətəndaş cəmiyyətini inkişaf etdirməyə kömək göstərmək üçün Azərbaycanda öz işini davam etdirəcək”.

 





31.05.2013    çap et  çap et