525.Az

“Son zəng” günü daha bir məzun yol qəzasında ölüb


 

“Son zəng” günü daha bir məzun yol qəzasında ölüb<b style="color:red"></b>

Azərbaycanda daha bir məzun yol qəzasının qurbanı olub.

Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz-Əlimərdanlı avtomobil yolunda baş verib.
 
“VAZ-2107” markalı avtomobilin aşması nəticəsində orta məktəbdə “Son zəng”i qeyd edən Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 1996-cı il təvəllüdlü Eltun Nəsrəddin oğlu Mustafayev dünyasını dəyişib.
 
Şöbədən bildiriblər ki, maşında bir neçə nəfər məzun olub. Hazırda hadisənin baş vermə səbəbləri və digər sərnişinlərin tapılması istiqamətində tədbirlər görülür.
 
Qeyd edək ki, bu gün Sabirabad rayonun Həşimxanlı kəndində 1997-ci il təvəllüdlü məzun Niyaməddin Məhəmməd oğlu Ələkbərov da yol qəzasında həlak olub.

 





31.05.2013    çap et  çap et