525.Az

Bakıda ana övladını başına torba keçirilmiş halda tapdı


 

Bakıda ana övladını başına torba keçirilmiş halda tapdı<b style="color:red"></b>

Bakının Sabunçu rayonunda yeni mənzil ailəyə dərd verdi.
 
Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” kompleksində yeni mənzildə 38 yaşlı Samir Qayıbov özünü öldürüb. O, sellofan torbanı başına keçirərək özünü boğub.

Psixi pozğunluğu olan S.Qayıbovun anası oğlundan xəbər olmadığından onun yaşadığı mənzilə gəlib. O, qapıdan içəri girəndə kəskin meyit qoxusunu hiss edib. Evdə övladının başına sellofan torba keçirilmiş meyitini görüb.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Mərhumun qətlə yetirilməsi versiyası da istisna olunmur.

Qeyd edək ki, həmin kompleksdə bir neçə gün əvvəl tələbə qız özünü 11-ci mərtəbədən ataraq öldürmüşdü.

 





31.05.2013    çap et  çap et