525.Az

Azərbaycanda magistraturaya qəbul planı artırılıb


 

Azərbaycanda magistraturaya qəbul planı artırılıb<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün qəbul planı təsdiq edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı 1616-dır.
 
Qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84% artıb. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılan plan yerləri, dövlət sifarişinin proqnozu “Magistr” xüsusi buraxılışının 4-cü sayında dərc olunacaq.

 





31.05.2013    çap et  çap et