525.Az

İstanbul: məhkəmə Gəzinti parkındakı tikintini dayandırıb, 12 yaralı var, 63 nəfər saxlanılıb


 

İstanbul: məhkəmə Gəzinti parkındakı tikintini dayandırıb, 12 yaralı var, 63 nəfər saxlanılıb<b style="color:red"></b>

Hökumətin İstanbulun Taksim meydanının arxa tərəfindəki gəzinti parkına ticarət mərkəzi inşa etmə planı məhkəmə tərəfindən dayandırlıb.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, Taksimdəki gəzinti parkını qoruma və gözəlləşdirmə dərnəyi tərəfindən edilən müraciətə baxan İstanbulun dövlət idarələrindəki Vİ məhkəmənin hökmündə  belə yazılıb: “Şikayətin vəziyyəti və haqqında şikayət olanların müdafiəsi alınana qədər (hökumətin) qərarının dayandırılmasına  31 may 2013-cü ildə səs çoxluğu ilə qərar vermişdir”.

Gəzinti parkındakı inşaat işlərinə başlamasına mane olmaq məqsədiylə QHT-lərin təşkil etdiyi və müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının dəstək verdiyi aksiya isə davam edir.

Qeyd edək ki, Taksimdəki Gəzinti parkında ticarət mərkəzi tikilməsi məsələsi uzun müddətdən bəri Ərdoğan hökumətinin gündəliyində dururdu.Taksimdəki tunel və ticarət mərkəzi tikintisinə mane olmaq üçün keçən ilin payızında qurulan Taksim gəzinti parkını qoruma və gözəlləşdirmə dərnəyi məhkəməyə müraciət edərək tikintilərin qanunazidd olduğunu iddia etsə də, hökumət məhkəmənin qərarını gözləmədən tunel tikintisə başlayıb. Gəzinti parkında tikintinin başlanması cəhdlərinə etiraz edən QHT-lərin və bəzi siyasi partiyaların çağırışı ilə son 3 gün əvvəl vətəndaşlar buldozer və ekskavatorların  meydana girməsinə əngəl olmağa çalışıb, ancaq hökumət bu məsələdə geri addım atmayacağını elan edib.

Parka girməyə cəhd edən buldozer və ekskavatorların qarşısını Barış və Demokratiya Partiyasının İstanbul millət vəkili Sırrı Sürəyya Öndər alıb. Mayın 30-da axşam saatlarında Gəzinti parka  gələn CHP lideri Kamal Kılıçdaroğlu orada inşaat işlərinə başlama cəhdlərinin qanunazidd olduğunu və buna icazə verməyəcəklərini vurğulayaraq meydandan ayrılıb, mayın 31-də səhər saat 4.30-da İstanbul  polisi müqavimət göstərən vətəndaşları parkdan çıxarmaq üçün hərəkətə keçib.  Son 3 gün ərzində parkda bir neçə dəfə əməliyyat keçirən polisin qeyri-proporsional qüvvədən istifadə etməsi və bibər qazı sıxması təkcə Türkiyədə deyil, dünyada da kəskin etiraza səbəb olub.

 Bu gün axşamüstü əcnəbi mətbuat üçün konfrans keçirən Helsinki Vətəndaşlar Cəmiyyətinin Türkiyə təmsilçiliyi isə dinc aksiyada iştirak edən vətəndaşlara  qarşı  polisin qeyri-proporsional qüvvədən istifadə etməsinə görə daxili işlər nazirini, İstanbul valisini və polis rəisini istefaya çağırıb. Polisin sıxdığı bibər qazından zəhərlənən CHP sədrinin müavini, İstanbul millət vəkili Sezgin Tanrıkulu bronxitlərində yaranmış problemə görə xəstəxanaya yerləşdirilib. Barış və Demokratiya Partiyası İstanbul millət vəkili Sırrı Sürəyya Öndər zəhərlənib.

İstanbul Təbiblər Palatasından verilən məlumata görə, aksiyalarda 13 vətəndaş yaralanıb və xəstəxanalara yerləşdirilib.

Hazırda Taksimə giriş məhdudlaşdırıb. Polis İstiqlal caddəsində Qalatasaray Litseyinin qabağında yığışmış təxminən minlərlə aksiyaçını mühasirəyə alıb. Hərbiyyə səmtindən Gəzinti parkına çıxmaq istəyənlərə icazə verilmir.
 
İstanbul valisi Hüseyn Avni Mutlu isə bu gün keçirdiyi mətbuat konfransında Taksimdəki toqquşmalarda 12 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini, 63 nəfərin saxlanıldığını deyib.
Vali bildirib ki, yaralılardan biri əməliyyat olunub və reanimasiyaya yerləşdirilib: “Qalanları yüngül xəsarət alıb və bir azdan evə buraxılacaqlar”.

 





01.06.2013    çap et  çap et