525.Az

Azərbaycanlı jurnalist ad günündə vəfat etdi


 

Azərbaycanlı jurnalist ad günündə vəfat etdi<b style="color:red"></b>

Moskvada məşhur azərbaycanlı jurnalist və rejissor, 44 yaşlı Əli Şərafətdin dünyasını dəyişib

Milli.Az Trend Life-a istinadən bildirir ki, bunu mərhumun yaxın dostu, rejissor Arzu Qulamov deyib.

Əli Şərafətdin 1969-cu ilin iyunun 1-də Bakıda anadan olub. 1990-cı ilin ortalarında "Mir" Beynəlxalq Teleradio Şirkətinin Azərbaycandakı milli nümayəndəliyində çalışıb.

Həmin illərin tamaşaçıları Əlinin cəmiyyətmiz və MDB ölkələrindəki müxtəlif sosial problemlərin həllinə həsr etdiyi "dəyirmi masa"ları yaxşı xatırlayırlar. Ə.Şərafətdin Rusiyanın Birinci Kanalının aparıcısı kimi də çalışmışdı.

O, "Xəzərdəki adalar", "Gəncə", "Nəsimi" və s. kimi filmlərin, habelə çoxsaylı telelayihələrin müəllifi idi.

Ə.Şərafətdin 2004-cü ildə Moskvadakı 7-ci Avrasiya Teleforumunun baş rejissoru, 2006-cı ildə Xəzəryanı bölgə ölkələrinin Bakıda keçirilmiş beynəlxalq "Xəzər çoxqütblü dünyanın mərkəzidir" forumunun baş prodüseri idi.

Son illərdə o, Rusiyanın müxtəlif teleşirkətləri üçün materiallar hazırlayırdı. Ə.Şərafətdin Avrasiya Televiziya və Radio Akademiyvasının icraçı prodüseri idi.

Ə.Şərafətdinin 3 yaşlı oğlu qalıb.

Allah rəhmət eləsin!

 





02.06.2013    çap et  çap et