525.Az

Təhsil Nazirliyi yeni aparat rəhbəri ilə bağlı məlumat yaydı


 

Təhsil Nazirliyi yeni aparat rəhbəri ilə bağlı məlumat yaydı<b style="color:red"></b>

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən 30 may tarixindən etibarən Ceyhun Bayramov Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsinə təyin edilib. 

525.az-ın məlumatına görə, Ceyhun Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub.  Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini  hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışmış,  2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ”  hüquq şirkətinin direktoru olub. 2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

 





03.06.2013    çap et  çap et