525.Az

Təhsil Nazirliyində daha bir kadr dəyişikliyi


 

Təhsil Nazirliyində daha bir kadr dəyişikliyi<b style="color:red"></b>

Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib
Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib.

“Qafqazinfo”nun məlumatına görə, təhsil nazirinin 30 may tarixli əmri ilə Fariz Rzayev Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinə müdir vəzifəsinə təyin edilib. Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir. 2000-2013- cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb.

2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

 





03.06.2013    çap et  çap et