525.Az

Seyid Camal: “Milli Şura”nın əsil fikir ağaları Rusiyada fəaliyyət göstərən zərərli qüvvələrdir“


 

Seyid Camal: “Milli Şura”nın əsil fikir ağaları Rusiyada fəaliyyət göstərən zərərli qüvvələrdir“<b style="color:red"></b> Qarabağ Seyid Ocaq”larının təmsilçisi şərqşünas Seyid Camal Əzimbəyli ölkə ictimaiyyətinə müraciət ünvanlayıb.
 
"Əsrlərdir Azərbaycanın tale yüklü anlarında hər zaman millətimizin və dövlətimizin milli mənafeyini hər şeydən öndə tutan təmsil etdiyim “Qarabağ Seyid Ocaq”ları adından bəyan edirəm ki, yaradılması yeni elan edilən “Milli Şura”nın əsil fikir ağaları Rusiyada fəaliyyət göstərən və ölkəmizin bütövlüyünü istəməyən zərərli qüvvələrdir. Rusiyada təhlükəli “beyin mərkəz”lərin uzun illərdir ölkəmizdə sabitliyi və siyasi mühitdən istifadə edərərk öz təhlükəli oyunlarını həyata keçirmək üçün fürsət axtardıqları hər birimizə məlum idi. Ən acınacıqlı məqam isə odur ki, düşmən qüvvələrin təlimatı ilə tariximizdə ən şərəfli yerlərdən birini tutan “Milli Şura”nın adından sui-istifadə olunması həqarətdir, xəyanətdir. Açıq şəkildə bildirirəm ki, artıq neçə müddətdir istər Bakıda, istərsə də Moskvada bu təhlükəli lahiyənin ölkəmizdə həyata keçirilməsi üçün hansı “səylər” göstərildiyinin şahidi olmuşam. Hətta, xaricdən ölkəmizə edilə biləcək təhdid və təhlükənin ünvanını mətbuatda açıq şəkildə göstərmişdim.

Ən utancverici hal və tarixdə unudulmayacaq hadisə isə ölkənin bir sıra müxalifət partiya rəhbərlərnin bu Şurada “milli birlik” adı altında təmsil olunmasıdır. Tam məsuliyyətimlə  bildirirəm ki, bu birliyin yaradılmasının həqiqi müəllifləri tək E.Namazov və R.Ibrahimbəyov deyil.

Bu Şuranın “milli” adlandırılması isə vətənimizin uğurunda tarix boyunca canından, qanından keçən şəhidlərimizin ruhuna təhqir kimi qəbul olunmalıdır. Təmsil etdiyim müqəddəs “Seyid Ocaq”larına sevgisi və vəfası olan yüz minlərlə ölkə vətəndaşları adına bəyan edirəm ki, milli dövlətçiliyimizə təhlükə yarada biləcək bütün güclər qarşılarında bizləri görəcək.

Müxalifətdə təmsil olunan dəyərli ziyalılara, vətənpərvər gənclərə müraciət edərək, bildirmək istəyirəm ki, Azərbaycanın bütövlüyü, doğma Qarabağımızın işğaldan azadlığı naminə başqa ölkələrin emissarlarının şəxsi qisasları naminə yaradılan təhlükəli qurumlardan uzaq dursunlar. Sonrakı peşmançılığın fayda verməyəcəyini indidən özünüzə təlqin edin.

Hesab edirəm ki, dövlət orqanları, xüsusən Milli Təhlükəsizlik Nazirliyi müstəqilliyimiz üçün yaranmış bu təhlükəni nəzərə almalıdır.

Mən, bu çağrışla həm Uca Yaradanın, həm də Vətənimiz qarşısında vəfa borcumu yerinə yetirmək istədim.

Hörmətlə, Seyid Camal Əzimbəyli"
 





03.06.2013    çap et  çap et