525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.
 
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20 dərəcə, gündüz  25-30 dərəcə isti olacağı gözlənilir.  
 
Azərbaycanın rayonlarına gəlincə, iyunun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcə isti olacaq.
 
İyunun 4-dən 6-dək Abşeron yarımadasında metroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün əsasən əlverişlidir.
 





03.06.2013    çap et  çap et