525.Az

Bakı Gələcək Forumu keçirilir


 

Bakı Gələcək Forumu keçirilir<b style="color:red"></b>

Bakıda Azərbaycan Futuroloqlar Cəmiyyəti və Minilliyin layihəsinin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq Bakı Gələcək Forumu keçirilir.
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə NASA, ABŞ Milli Elmi Fondu, Google şirkəti, Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertləri iştirak edir.

30-a yaxın ölkənin nümayəndələrinin qatıldığı foruma dəstəyi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti verir.

 





03.06.2013    çap et  çap et