525.Az

Cəlilabadda yenidən taxıl sahəsi yandı


 

Cəlilabadda yenidən taxıl sahəsi yandı<b style="color:red"></b> Cəlilabadda yenidən taxıl sahəsində yanğın olub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğın Sabirtabad kəndindəki Fərhad Fətullayev və Şamil Mahmudova məxsus taxıl zəmisində baş verib. Yanğın zamanı vətəndaşlara məxsus 1 hektara yaxın taxıl zəmisi, eləcə də 3 hektar biçilmiş ərazi yanıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvələri yanğının əhatə dairəsinin genişlənməsinin və digər biçilməmiş taxıl sahələrinə keçməsinin qarşısını alıblar. Yanğının taxıl sahələrindən keçən yüksək gərginlikli elektrik xətlərində baş vermiş qısaqapanmadan qaynaqlandığı ehtimal olunur. Sakinlərin sözlərinə görə, oxşar hadisə bu ərazidə dəfələrlə baş verir.

Faktla bağlı araşdırma aparılır.
 





03.06.2013    çap et  çap et