525.Az

Xalidə Xalid azadlığa buraxıldı


 

Xalidə Xalid azadlığa buraxıldı<b style="color:red"></b>

İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasınını elmi işçisi, Şəhriyarşünas Xalidə Xalid azadlığa buraxılıb. ANS-in İran bürosundan verilən məlumata görə, Xalidə Xalid bu dəqiqələrdə Azərbaycan tərəfinə təhvil verilir.

Xatırladaq ki, aprelin 30-da Təbrizdə saxlanılan Xalidə Xalidin azad olunması ilə bağlı razılıq Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin İrana səfəri zamanı əldə olunmuşdu. Bundan sonra İran xarici işlər nazirinin müavini Abbas Əraqçı açıqlama verərək azərbaycanlıların tez bir zamanda evlərində olacağını demişdi.

 





03.06.2013    çap et  çap et