525.Az

Qələm Fatehi, yaxud mən İsa Muğannanın nə dediyini bilirəm...


 

Qələm Fatehi, yaxud mən İsa Muğannanın nə dediyini bilirəm...<b style="color:red"></b>

Dünyanın dahi yazıçıları çoxdu.Ancaq mənim idealım İsa Muğannadır!

Belinski yazırdı ki, “Həqiqi istedad heç vaxt “mən” deyərkən şəxsən özündən danışmır.Onun “mən” i dünyanın işləri ilə bağlıdır”.

Xalq yazıçısı İsa Muğanna belə sənətkarlardandır.

Onda övliyalara xas xüsusiyyətləri görənlər təəccüblənməyiblər.

Heyrətləniblər!

“Yəni doğrudanmı aramızda belə bir Göy adamı yaşayır!?”.

Onu təkcə “İdeal” əsəriylə dahi sənətkar adlandırıb,Nobel mükafatına layiq hesab edənlər də yanılmayıblar.

“İdeal” romanının 2005-ci il nəşrində son səhifəsində son cümlə belədir:

“Əlavə xəbər: İşıq gəmilərinin yerə enməsinə lap az qalıb.”

Son illərdəki bir hadisənin özüm də şahidiyəm.Ağstafadakı evində dəmir darvaza ağzında təxminən gecə saat 12 radələrində görüşüb ayrılarkən belə dedi:

–Bunlar niyə gəlib çıxmadılar!?

–Kimləri deyirsən, ustad?!

Göyə boylandı:

–İşıq gəmilərini deyirəm...

Özü demişkən,”İnanmayan inanmasın!”

Bu Prometey yazıçı, bu “Daaana (Odərcə:”Həqiqət ün”ü)” hər şeyi bilən kişi”dir.

Necə deyərlər, “İnsanlara Allahların odunu Prometey, Bağların odunu Muğanna çatdırıb!” (Sevinc Muğanna).

Onunla söhbət elə, (yazdıqlarını oxu!) Beynin açılacaq...

Ətrafında nə baş verdiyini dərk edəcəksən.

Balzak”Napeleonun qılıncla etdiyini mən Qələmlə edəcəyəm” deyirdisə İsa Muğanna” əsl Fatehlik Qələm  Fatehliyidir!” deyir və fatehlik edir!

Bir sözlə, nə yazıbsa Qələmlə-rəmzi taxta qılıncla yazıb İsa Muğanna!

O taydan bu taya, bu taydan o taya uçuşan Durnaların (“OdƏrÜn” lərin-Odər ünlərinin) qanadları altındakı böyük Vətəndən yazıb(və yazır!)

Babası Hüseyn ağa 200 ilə yaxın yaşayıb.Əslində Muğannalar əbədi yaşayan nəsildi.Onlarda ölüm söhbəti olmayıb.

Deyirlər ki, ilahi insana iki dəfə doğulmaq imkanı verir.Bu cəhətdən İ.Muğanna ədəbi aləmdə hər dəfə yenidən doğulan sənətkardır.

İsa Muğannaya görə  “Həq-Ağ İnsandır”.

O özü həmin Ağ İnsandır-Həqdir!

Yazıçı”Nəsimi” əsərində yazır ki,“Fəzl bir dəfə getdiyi yolla ikinci dəfə getməzdi”

İ.Muğanna da belədir.Hər dəfə dəyişir,yeniləşir,dəyişilməyi, yeniləşməyi sevir.Hər dəfə Səməndər quşutək yanıb öz külü içindən boy göstərir.

“Bir hərəkətiynən yox, mübarizələrdə tanınır adam” deyən sənətkarın özü böyük mübarizdir,qəhrəmandır!

Od deyilən  nədirsə İsa Muğanna bax, odur!

O, deyir: “Fəzlsiz bir gün də yaşamaq olmaz!”

Mən  deyirəm:İsa Muğannasız bir gün də yaşamaq olmaz!

Çünki mən Muğannanın (bu” bizim muğlar”ın, “Sirli adam”ın,Etiqadını gizləyən adam”ın) nə dediyini bilənlərdən biriyəm.

Elə özünün dedikləriylə, yazdıqlarıyla!

  Barat Vüsal, AYB Qazax zona bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi.

 

–1-

...Mən “Yanar Ürək”in yeni variantı üzərində işləyəndə birdən-birə dərk etdim ki, bizim və xalqımızın həyatındakı nöqsanların, fənalıqların hamısı bəşəriyyətin əvvəlindən, tarixin, Odər dilinin,  Odər xalqının təhrif olunmasından irəli gəlir.Buna görə də Azərbaycan xalqının mənşəyini axtardım.

O vaxtlardan etibarən mən planetdən Ün eşitməyə başladım.Sonradan bildim ki, bu Eysardı.Özü etiraf edəndən sonra ki, mən İsa deyiləm, mən İusus deyiləm, İsa Məsih deyiləm, mən Eysaram.Uca hökmdardı mənim rütbəm və Bağ atanın axırıncı oğluyam...

Bu Ünü eşidəndən sonra mən tamam dəyişdim və bütövlükdə bağlandım OdAğÜz-BağOdƏr planetinə.Eysar mənə bu planetin adının ilk dəfə necə Yupiterə çevrilməsini dedi və “İdeal” da bunların hamısı var.

–2-

Yaxın Şərq OdƏr Ərazisidi.

Odərlər OdAğÜz-Bağ OdƏr (Yupiter) planetindən gəliblər.

–3-

Mənim yaradıcılığımın kökündə gizlədilmiş elm və məhv edilmiş dil dayanır.Mənə Ün gəlir və o elmi helmlə dirildirəm.

–4-

Mənim OdAğÜz-BağOdƏr planetinə bağlılığım faktdır.

– 5-

Məndən soruşurlar!:Dünyada nə ilə fəxr edirsiniz?  “Deyirəm:” Kainata az-çox bələdliyimlə!

–6-

Bütün planetdə yaşayan Odər bəşəriyyətinin Elminə, təhrif dillərdə “Midiya”, ”Maday” adlandırılan Bağday dövlətimizin SafAğ elminə qayıtmalıyıq və qayıdırıq.

–7-

Bu millətin yeganə xilaskarı SafAğ elmidir!SafAğ elmi insan öldürməyi nəhy edir.

–8-

“Bağ” sözü hansı dildədi?

Əgər Allahın adı sənin dilindədirsə,bəs “Allah” nədir? Nə deməkdi? Heç nə!

Əl Ağ var.Ağın Əli deməkdir.Yəni Saf Ağ İnsanın Əli,işləyəni,yaradanı.

Bəs Saf Ağ İnsan kimdi? Bağdı,bağ!İnsanı insana,bəşəriyyəti Kainata bağlayan Bağ!

–9-

Bağlar əbədidirlər.Nəhəng-nəhəng gəmiləri var bağların.Torpaqdan yaranmamısan ey, sən, Ordan gəlmisən! “Bağa qılmısan hərgiz,kəmanın inkar etmə!(Nəsimi)

–10-

Bağ Atanın 4 oğlu olub. 1.ƏsƏlMən (Suleyman-mənim yaradan əlim) 2.Ün Ey (Nuh-“Uca Ün) 3.EvƏrim (İbrahim –“Elm işığı”).4.Ey Sar (İsa “Uca hökmdar”)

–11-

Od – Həqiqət deməkdi.Ər – işıq deməkdi.Odər – Həqiqət İşığı deməkdi.

–12-

Nəsiminin edamından sonra Hələbdə camaat öz gözüynən görüb ki,Nəsiminin meyidi göz qabağında dura-dura,Hələbin səkkiz darvazasının səkkizindən də dip-diri,sap-sağlam Nəsimi çıxıb,yox olub.Görüblər!Yazıblar!

–13-

Nəsimi əbədidi.Edam olunan,dərisi soyulan Nəsiminin bədəni yerdə qalıb,çürüyüb.Beynindən çıxan işıq,”ruh” dediyimiz işıq üçüb Yupiterə-çatana kimi hamança Nəsimi olub.

Elmdi bu,oğul.Böyük Elmdi.Saf Ağ Elmi!

–14-

Ana bətnində bir zərrə işıq ananın qanından,canından necə yaranır?”Ruh” işıq da anası kainatın bətnində eləcə yaranıb,bizim bu torpağımız kimicə adi torpağın üstə enip əbədi yaşayır.Bax,belə elmin var sənin.Saf AğElmi!Nəsimidən əvvəl Nəimiynən bağlı olub,Nəimidən əvvəl Nizamiynən.Nizamidən əvvəl “Babək” adıynan tanınan nəhəng bir alimimiznən, Babəkdən əvvəl Cavidan adlı daha nəhəng alimimiznən bağlı olub!

“Silsilə” deyirlər bu Saf alimlərinə...

Bu silsilə də uzana-uzana gedib Saroddaşa (Ulu Bağ) bağlanır.

–15-

Mürqəzəb –Cəllad şəxsən “ustanovka” verirdi,sübut elərdirirdi ki,indiki Azərbaycan xalqının Midiyaya dəxli yoxdu.Guya nə qədim dilimiz olub,nə ərazimiz,nə dövlətimiz...

Köçəri qəbilələrdən ibarətmiş guya Azərbaycan xalqı?!

–16-

Atan “Elm və Eşq” vəsiyyət eyləyib sənə!

–17-

Yeddi yüz əlli cildlik Bağday tarixi (“Vərəsə”) Saf Ağ elminin tarixidir.

–18-

Bəşəriyyət bədbəxtdi.Beyinlər qapalıdı.Bəşəri həqiqətlər birdən – birə üstünə töküləndə sarsılır İnsan, beyni tutlur,heç nə dərk eliyəmmir.

–20-

Mənim xəstəliyimin əsas səbəbi bilirsənmi nədi? “İrsidi Xəstəliyim.Babamdan gəlir.Babanda o vaxt başlayıb ki,yetginlik yaşına çatıb,xalqıynan, Vətəniynən  maraqlanıb,görüb xalqı öz adını bilmir,vətənini tanımır. Tehranda məcidlərə, mədrəsələrə gedib.Sarayı gəzib, çalışıb, heç nə çıxmayıb.Təbrizə qayıdanda boğulma tutub.

O vaxtdan boğuluruq...

–21-

Bəlalarımızın çoxu ondandır ki, hər şeyə “adi  məntiq”nən yanaşırıq.”A” hərifindən sonra “B” gəlir ,”B “dan sonra  “V” gəlir və sairə. Bədbəxt bəsit təfəkkürün xəbəri yoxdu ki, “B” hərifiynən başlayan dil də var.”B” dan sonra “O” gəlir, “O” dan sonra “Ə” gəlir, “Ə” dən sonra  “E” gəlir, üstəlik, hərflərin adları heç də “A”, “B”, “Əlif”, “Bey” deyil, “Bağdı”, “Od” du, “Əl”di, “Ey”di.Odər dilində minlərlə yox, milyonlarca söz var, oğul.Min bir söz təkcə Bağ Atanın (ƏlAğın-“Allah”ın) adıyla bağlıdı.

–22-

Yerdə yüksək sivilizasiyanın məhvi Odər dilinin mənasının itməsi ilə bağlıdır.

–23-

Bizim planetimizin adı “Yer” deyil, “EyƏr”di. Yaxşı işıq,uca işıq deməkdi.Niyə işıq?! Çünki “Yer”ə hər şey işıqnan gəlir.

–24-

Kainatda 18 min Aləm var.

18 min Aləmin hamısında bəşəriyyət Odər bəşəriyyətidi.

–25-

Miladdan əvvəl beşinci əsrdən başlamış bu vaxtı qədər iyirmi beş əsrdi ki,iki min beş yüz ildi ki, Saf Ağ elmi gizli qalıb.

–26-

Əlifbamız “Əlif”, “Bey”nən, “A”, “Be”nən yox, Bağ Atanın adıyla başlayır:Bağ,Od,Əl,Ey və sairə.

–27-

OdAğÜzdü “Yupiter”in adı.Od AğÜz, Yəni Ağ Üz həqiqəti.Ağ kimdi?Bağ Atadı.Bəs Üz?Bağ Atanın üzü? Bəli.Bəs niyə Bağ Odu yox, Ağ üzü qoyublar planetin adını?

Ona görə ki, üz,sifət mənadı.İnsanın mənası ilk növbədə üzündən oxunur.

–28-

Bağ nəsliyik biz!

–29-

Bu xarabada əzab çəkən işıqlı adamların biri də “Yer”də qalmır, oğul!Ədalətsizliklər, murdarlar,iyrənclər çürüyüb torpağa qarışırlar!

Mən bədbəxt işıqlının da bədəni çürüyəcək,özüm gedəcəm!Necə gedəcəm?!Saf Ağ elminin özəyi,canı bax bu necə getməkdədi...

–30-

İki sivilizasiyanın yaşı yüz iki min ildi.Yüz iki min!

Demək,  Odərlər 102 min il bundan əvvəl gəliblər OdAğÜzdən.

–31-

İnsanın bədəni Saf Ağ işıq olmalıdı.

Saf Ağ ışıq beyinə toplanır, insan orqaniziminin quruluşu, dərisinin,sifətinin,gözlərinin rəngi,bütün həyatının məzmunu Saf Ağ işıqnan bir yerdə beyindən çıxır.

“Ruh” adlandırılan ƏrAğ-Ağ işıq-Saf Ağ işıqdı.Beyindən çıxıb uçur.OdAğÜzə çatınca hamanca insana çevrilir.

–32-

“İnsan” sözünün özü də təhrifdi.Ün Əs var,danışan Ün.Yaradan səs-söz!

Milyonlarnan sözü olan Odər dilindən cəmisi üç min söz qalıb, onun da hamısı təhrif...

Bəşəriyyətin lap cuzi misli gedir Ağ üzə.Lap cuzi misli.Az-çox ədalət hissi olanlar.

–34-

Odər dili “təfəkkür dili” adlandırılan dildi.Bəşəriyyətimiz Saf Ağ elminə yiyələnməsə lap lorusu, Odər dilinin məğzini,həqiqəti –Odu anlamasa, bir də su basqını olacaq.(Necə ki, artıq olur!-B.V.)

–35-

“Peyğümbər”,”Peyğünbər” adlandırılan Bağ ÜnƏrlərinin hamısı Odər dilində danışıblar, yazıblar!

–36-

Saf Ağ İnsan Əl Eyin-Bağ atanın Evinin Ünüdü.

–37-

Eyərə “Yer” deyə-deyə “Yer”də ilk qəbristan salıblar.ƏrƏsOdÜn-həqiqət ününün danışan işığı Saf Ağ Evi “qəbristan”a dönüb.Elmin ölüb,oğul! Beyinin!

–38-

Olmamalıdı qəbristan!Əbədi yaşamalıdı insan! “Bakı”, “Baki” adlandırılan bu Bağ Oddan “Həmədan” adlandırılan Həmodvana qədər,Həmodvandan “Anadolu” adlandırılan ÜnOdƏlə qədər, ÜnOdƏldən “Qazax”, “Qanzak”,”YanÜz Ağ” adlandırılan EyÜnÜzAğ a,EyÜnÜzAğdan “Qafqaz”,”Kafkaz” adlandırılan Qapı AğÜz dağlarına qədər ilk Bağday ərazisində UnƏs əbədi yaşamalıdı.İşıq Gəmilərində uçmalıdı!

–39-

Gərgin vaxtlarımda az-çox idraknan danışıram.Pessimizmə qapılanda qanım dəyişir,nəfəs yolum daralır,beynim işıqdan məhrum olur,üzülürəm.İndi bu saat,bu dəqiqə  bir az Ün Əsəm...

Yəni Ün  gəlir beynimə.

–40-

Odlar yurdunda bir nəfərin də xəbəri yoxdur Oddan!

–41-

Həqiqətin təhrifinə güzəşt yoxdu.

Məcbur olub güzəştə gedəcəksən ölümlü heyvanata.Bax,onda öldürəcəksən məni!

–42-

İnsanı ayağa qaldıran OdEydi,Uca həqiqətdi!

–43-

“Yer”də Odər yenidən doğulmalıdı.Beş vilayətin ərazisi Bağday adlanmalıdı.Millətimiz Odər dinini dərk eləyənə qədər belə olmalıdı.

–44-

Bağı “ Boq”a çevirən sin ətlər! Beynimə gələn Ün belə sözlər verir dilimə... Yəqin bilirəm ki,mən deyiləm danışan,Ey Sarımdı.Beynim Od Ağ Üzə bağlıdı...

–45-

Cəmi qiblələr yalandır.

İnsanın bir həqiqi qibləsi var,O da insan özüdür!

–46-

İnsan yalanı həqiqət bilir,odur ki,həqiqət yalan cildində gizlənir və çox vaxt təsirsiz qalır...

–47-

Səsimə səs verənlər həsrətiylə qocaldım...Üzümü  balışa sıxıb ağladığım çox olub, hər dəfə də balışın o biri üzünü  çevirmişəm ki,həyat yoldaşım Firuzə görməsin.

–48-

Dörd dəfə infarkt oldum...

Ancaq Saf Ağ işığıyla müalicə olunduğumdan qorxusu yoxdu.

–49-

Mənim Hüseyn ağa deyilən babam olub.

Ancaq babam daha Saf deyildi,kişi təhrif olmuşdu... bağlarla əlaqə kəsilmişdi,gəmilər işləmirdi, onunçün...

–50-

1985-ci ildə mən ilk dəfə səs eşitdim.

Üzr istəyirəm,səs yox,Ün.Odər dilində Ün deyirlər.Hiss elədim ki,bu fövqəladə bir şeydi.Beynimə elə bil hardansa Ün gəldi:

“Sağ ol” Özü də atamın Ünü... Sonra kinostudiyadakı otağımda bir neçə Ün gəldi.O vaxt mən Saf Ağ elmindən xəbərsizdim.Odur ki,sarsıldım...

 

–51-

5-6 yaşım olardı,bağda kəpənəklərlə oynayırdım.Gördüm ki,rəhmətlik atamla Xanbaba əmim ətrafımda fırlanırlar.Gördüm ki,söhbət məndən gedir.

“Odu, ya o ,döy?”

Atam qayıtdı ki,əşi sən də bilirsən,mən də, deyəsən,odu...

Onlar varisi gözləyirdilər.Bağlar xəbər  eyləmişdi ki,varis gələsidi və bu elmi yaymalıdı-Saf Ağ elmini.

–52-

Zülmətdən qorxu törədib İnsan öz Xaliqindən ayrıldı,böyük ikən kiçildi.

–53-

Mənim mənsub olduğum Muğanna Bağ  nəslinin, daha doğrusu Odər bəşəriyyətinin, Bağ atamızın  SafAğ elmi yalnız irsiyyətcə Bağ olan adama verilir.

–54-

...Meşədə hara baxırsan kötükdür.Əsil müsibət isə burasındadır ki,adamlar da çevrilib kötük olub.

–55-

“Gedirəm evə tək-tənha divarlar məngənəyə dönüb sıxır məni.Neyləyim?Açıram televizoru.Bir kanal,iki kanal,beş,on kanal.Hamısında çılpaq insan! Hara gedir bu millət,əzizim?Məncə,daha heç bir müqəddəslik yoxdu!”

–56-

Tək bir xalqın yox,bütün dünyanın idealogiyasıdı Saf Ağ Elmi!

–57-

Mən ancaq yazı stolu üçün darıxıram.

–58-

Ölüm yoxdur.İkinci doğuluş var.Saf Ağ elmi tədris olunsa ölümlü insanlar ikinci həyatın nə şəkildə başlandığını,həyatın davamını dərk edər.

–59-

Əl Ağ –Saf  Ağ insan deməkdir.

–60-

Odər – Kainatın sahibidir.

–61-

Ədəbiyyatın nə qədər ciddi elm olduğunu hələ yazıçı adı daşıyanlar da kifayət qədər bilmirlər.Ədəbiyyat tarixdir.Tarix isə hər şeydir.

–62-

Yazıçı özünün 40 illik yaradıcılıq yoluna yox,600 il bundan əvvəlki Nəsiminin yoluna,800 il bundan əvvəlki Nizaminin yoluna baxmalıdır.

–63-

İnsanın Allaha,Ruha yaxınlaşması prosesi çox uzun çəkir.

–64-

Üzüləndə saz çalıram!

–65-

Sim Ündən Ün alan sazım,

Ünə sadiq qalan sazım.

Ax,laylay de,laylay,sazım,

Millət adlı yatanım var!

–66-

Yer- yurddan ötrü- Azərbaycandan ötrü ölürəm! Bu torpağın,bu yurdun dəlisiyəm. İnsan dəlisiyəm!

–67-

Yer” də həyat təhrifdir.Bu təhrif  mühitdə Bağların beyni qapanır .Bu təhrifi yalnız marifləndirmə yolu ilə gənclərə fərəh verməklə düzəltmək olar.

–68-

Ciddi qələm toxunulmaz olmalıdır!

–69-

Mənim arzum Bağların arzusudur!

–70-

İnsan insandan ayrılanda Bağlardan ayrılır. Saf Ağ Elmi bizi göylərə qaldıracaq, Bağlarımıza bağlayacaq!

–71-

Nəsiminin yaydığı hürufilik Saf Ağ Elminin hərflər altında gizlədilmiş variantıdır.

–72-

Ey Sar mənə dedi ki, “Nəsimi”ni nöqtəsindən vergülünəcən  mən demişəm sənə!

–73-

Od (uca həqiqət) alova çevrilərək ilkin  mənasını itirib.

–74-

Odər (həqiqət işığı) –bütün kainatın mənbəyidir.

–75-

Vətənimizin türkcə adı Bağ Od Ey (Bağday)“Maday”, “Midiya” sözü ilə əvəz edilib.

–76-

Bəla uzaqdan gəlir.

–77-

Bədbəxtlərimiz elə bilirlər mən Odər dili öyrətmək istəyirəm xalqa,bar-bar bağırırlar ki, “Bu xalqın öz dili var!” Halbuki lap sadə bir şey lazımdır.Biz ən gərəkli Odər istilahlarını bilsək,hamı dərk eləyər özünü, xalqını,vətənini,bəşəriyyətini,kainatını!Bilər ki,”Söz”ü yaradan mənanı itirmək hər şeyi itirmək deməkdir.

Əbədiyyət təsəvvüründən məhrum olmaq diri ikən çürümək,ikinci doğuluş-ikinci yaranış əvəzinə torpağa qarışmaq,on səkkiz min Qalaktikada- Qal Ağda bütün Odər bəşəriyyətini Dərdə salmaq deməkdir.Budur bax,”Meşə” gəlməsinin mənasını bilməyən “Torbaşinel Kərəm Əmi” taleyi,  “Əziz Əminin əziz balası Zümrüt”  taleyi, “rəhbəri-katib- “Yer üzünün  Allahı taleyi!” Budur bax,uzaqdan gələn bəla!

–78-

Bu nə işdir gəlib başımıza! Kimdir, nədir bizi belə rəzilləşdirən,məhv edən?!

“Kür”ümüzün, “Araz”ımızın suları niyə zəhərlidir?Çöl-çəmənliklərimiz,əkin sahələrimiz,nemətlərimiz niyə zəhərlidir? İnsan! İnsan! İnsan özü niyə zəhərlidir?!

–79-

Heç kəs inanmır ki,Od Ağ Üz Bağ Od Ər planetindən Koroğlunun sazını,sözünü eşidir Muğanna.Aşıq Ələsgərin sazının səsini eşidir.İnanmayan inanmasın!

–80-

Ermənistanda Dərəcicək deyilən qədim bir kənd vardı.Orada Alı adında bir aşıq yaşayırdı.

1934-44 cü ildə səksən yaşında vəfat etmiş babamın toyunu etmişdi.Sonra atamın toyunu eləmişdi.Günlərin birində aşıq Alı Qazağa gəlib çıxdı və...mənim də toyumda çalıb-çağırdı.

–81-

Məndən tərcümeyi-halımı yazmağı xahiş edirlər.Deyirəm:Tərcümeyi halımı yazmaq üçün mənə bir insan ömrü daha lazımdır...

Deyirlər:yəni bu qədər uzundur? Gözümüzün qabağında böyüməmisən?

Deyirəm?Cismən sizin qarşınızda böyümüşəm,ruhən başqa dünyada!

–82-

...Nəsiminin nitqi ürək çırpıntısı kimi bir şeydi,danışdıqca danışmaq istəyirdi.

–83-

Dəqiq deyəmmərəm, nə vaxt, bu son vaxtlar bir səhər yuxudan oyanıb gördüm özümü itirmişəm,yəni sözün həqiqi mənasında yoxa çıxmışam,fikirləşdim ki,harda itmiş olaram?...çox axtardım,mənzildə tapmadım.Getdim,Yazıçılar Birliyini axtardım, tapmadım.Kor-peşman qayıdırdım ki,birdən birliyin sədri Anarı gördüm,salam verdim,dedi:Niyə qayıdırsan?İyirmi birinci əsrçilərin iclasına çağırmamışammı səni?!Dedim:Unutmuşam, gedək.Qısası, getdim gördüm foyedə oturmuşam.Dedim: ”Şükr, tapdım,özümü”.Əmma çox sevinəmmədim.İclas zalına doğru gedirdim ki,birdən yenə özümü gördüm.Dedim:”Bura bax, mən özümü itirmişdim,odur, tapdım!”Bə sən kimsən?”Dedi:

“Bıy! Necə kimsən?!Özünü tanımırsan?!” Dedim:

“A kişi,mən bax,o yazıçıyam,oturmuşam o divarın dibində,siqarət çəkirəm.Bə sən kimsən, axı,niyə mənsən sən də?!” Dedi: “İsa mənəm! O deyil.”Dedim:”Odur İsa.Sən deyilsən!”O dedi, mən dedim. Qısası bezikdik bir birimizdən,ayrıldıq! Birdən... baxdım ki,bu nədir,ilahi,bütün zal dolu İsadır!...lap qısası iyirmi birincilərin iclasında yox,bir zal dolusu İsaların iclasında oturdum.Sonra istədim o divar dibindəki İsaya qoşulum gedim evə.Əmma çox heyif o İsa da zaldakı İsalara qoşulub itmişdi.Gəldim evə,bir vərəq kağız götürdüm,yazdım.

“Elan: İsa Hüseynov özünü axtardı,tapmadı”.

Deyirlər,dönüb Muğanna olub ki,daha bir də itirməsin özünü!?

–84-

...Şəxsi mükafat ummuram.

Yaradıcılığımın təhlilini gözləyirəm!

–85-

Mənim ustadım elə bir Məcnundur ki,Leylasını qaytarmaq üçün dostları ilə döyüşür!

Qılıncla əldə edilən qələbə gərək deyil ona!Yalan hökmü ilə ayrılmışıq,müsəlman,tərsa,yəhudi,bütpərəs olmuşuq.Fəzlə görə, Elminin düşməninin də   Həq zərrəsi var.Fəzl yalanı  zər-zibər edir,cəmi bəşəri,Həq səltənətində(Odər bəşəriyyətində-B.V.)  Birliyə çağırır.Belə bir aşiq qılınca istinad edərmi?!.

 

 





03.06.2013    çap et  çap et