525.Az

Amnistiya qərarı indiyədək 1377 nəfər məhkuma şamil edilib


 

Amnistiya qərarı indiyədək 1377 nəfər məhkuma şamil edilib<b style="color:red"></b>

Milli Məclisinin 7 may 2013-cü il tarixli Amnistiya Qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul olunmuş qərarlar əsasında bu günə kimi Amnistiya qərarı Penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində saxlanılan 1377 nəfər məhkuma tətbiq edilib.

Amnistiya Qərarının icrası Penitensiar xidmətin müvafiq Komissiyasının, Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatının, digər dövlət və qeyri-hökumət təşkilatı nümayəndələrinin və eləcə də vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə həyata keçirilir. Hazırda Amnistiya Qərarının icrası davam edir.

 





03.06.2013    çap et  çap et