525.Az

“Əmirovun 700 nəfərlik yaraqlısı Dağıstanı qarışdıra bilər”


 

“Əmirovun 700 nəfərlik yaraqlısı Dağıstanı qarışdıra bilər”<b style="color:red"></b> Dağıstanda xüsusi rejimi tətbiq olunub.
 
Lent.az-ın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin daxili qoşunlarının əsgərləri, Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, yerli  polis Mahaçqala, Kizlyar, Dərbənd və Levaşinsk rayonunda vəziyyəti xüsusi nəzarətə götürüb.
 
Məlumata görə, məhz Levaşinsk rayonundakı darginlər yaşayan kəndlərdə ötən şənbə həbs edilmiş Dağıstan meri Səid Əmirovun tərəfdarları yaşayır. Xüsusi xidmət orqanlarından “İzvestiya”ya daxil olan məlumata görə,  Səid Əmirovun 700 tərəfdarından ibarət yaxşı təlim görmüş və silahlanmış dəstəsi var. Bu dəstənin üzvləri bir siqnalla çox qısa müddətdə bir araya gələrək Dağıstanın istənilən nöqtəsində hərəkətə keçə, respublikanı qarışdıra bilər. Məhz buna görə də, federal qüvvələr səbəbdən maksimum şəkildə təhlükəsizlik tədbirləri görülüb.
 





03.06.2013    çap et  çap et