525.Az

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycan tərəfinə təhvil veriliblər


 

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycan tərəfinə təhvil veriliblər<b style="color:red"></b>

Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə təhvil veriliblər.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
 
Elman Abdullayev qeyd edib ki, yaxın zamanda Azərbaycan vətəndaşlarının vətənə qayıdacağı gözlənilir.
 
Xatırladaq ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi soydaşlarımızın qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

 





03.06.2013    çap et  çap et