525.Az

Abdulla Gül polisə təlimat verdi


 

Abdulla Gül  polisə təlimat verdi<b style="color:red"></b>

Türkiyə prezidenti Abdulla Gülün Çankaya köşkünə yaxınlaşan nümayişçilərə qaz bombaları atılmaması üçün polisə təlimat verdiyi ortaya çıxıb.
 
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə mayın 31-də gecə baş verib. İstanbulun Taksim meydanında etiraz aksiyası keçirənlərə dəstək məqsədilə Ankarada küçələrə çıxan kütlələrin bir qrupu prezidentin Çankaya iqamətgahına doğru yönəlib. Polis onların qarşısını kəsərək iqamətgaha yaxınlaşmalarına imkan verməyib. Vəziyyətdən xəbərdar edilən A. Gül nümayişçilərə qaz bombaları atılmaması üçün polisə tapşırıq verib. Bir müddət iqamətgahın yaxınlığında gözləyən etirazçılar dinc şəkildə dağılışıblar.

 





04.06.2013    çap et  çap et