525.Az

Yağmursuz hava proqnozlaşdırılır


 

Yağmursuz hava proqnozlaşdırılır<b style="color:red"></b>

İyunun 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu və yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20, gündüz 26-30 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın bölgələrində də əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.
 
İyunun 6-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 





04.06.2013    çap et  çap et