525.Az

Masazırda sürüşmə arta bilər


 

Masazırda sürüşmə arta bilər<b style="color:red"></b> "Masazırdakı sürüşmə sahəsində gərginlik var”.

 Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov bildirib. B. Qaralovun sözlərinə görə, lazımi tədbirlər görülməsə, sürüşmə arta bilər.
 
“Sürüşmənin qarşıını almaq üçün ETSN tərəfindən Nazirlər Kabinetinə təkliflər verilib. Ərazidə tədqiqat işləri başa çatıb. Ərazinin geoloji qiymətləndirilməsi aparılıb, sürüşmə parametrləri müəyyən olunub”. 
 
Ekspedisiya rəisi onu da vurğulayıb ki, Bakıda və Abşeron yarımadasındakı digər sürüşmə sahələrində vəziyyət stabil olaraq qalır.
 





04.06.2013    çap et  çap et