525.Az

"Fəxr edirəm ki, sponsorum qardaşımdır"


 

"Fəxr edirəm ki, sponsorum qardaşımdır"<b style="color:red"></b>

Populyar estrada müğənnisi Xatun özünə yeni avtomobil alıb. Bu bahalı hədiyyə ona qardaşı, tanınmış stilist Balaş tərəfindən edilib.

Daha ətraflı müğənni özü oxucularımıza məlumat verdi: “3 ay bundan əvvəl qardaşım mənə “Hyundai Velacruz” markalı avtobili aldı. Ancaq “Dodge Durango” markasına xüsusi marağımı nəzərə alıb, qarajımızda ikinci avtomobilin olması üçün xəsislik etmədi (gülür).

Fəxr edirəm ki, sponsorum qardaşımdır. Vallah, səhnəyə gəldiyim gündən yaradıcılığıma xərclədiyi pulları üst-üstə toplasaydı, bəlkə də yeni bina tikdirərdi. Allah onu mənə çox görməsin. Nə yaxşı ki, belə bir qardaşım var”.

İkinci avtomobili nəğd aldıqlarını diqqətə çatdıran müğənni, səsindən də pul qazandığını gizlətmədi: “Maşallah olsun, toylarda, şou-proqramlarda iştirak edirəm. Əsas odur ki, tamaşaçı sevgisi qazanmışam. Özüməxsus dinləyici auditoriyam var və onların xoş günlərində çıxış edirəm.

Qazancımdan narazı deyiləm. Səsimlə əldə etdiyim pulları son qəpiyinə kimi yaradıcılığıma sərf edirəm. Bu da mənim səmimi etirafımdır, inanın”.

milli.az

 





03.10.2012    çap et  çap et