525.Az

Xalidə Xalid və Şamxal Hüseynovun Azərbaycana göndərilməsi üçün sənədləşmə işləri aparılır


 

Xalidə Xalid və Şamxal Hüseynovun Azərbaycana göndərilməsi üçün sənədləşmə işləri aparılır<b style="color:red"></b>

Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynovun ölkəyə göndərilməsi üçün Azərbaycanın İrandakı səfirliyi tərəfindən sənədləşdirmə işləri aparılır.

Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan məlumat verilib. Sənədləşmə işləri başa çatandan sonra onlar Vətənə yola salınacaqlar.
 
Qeyd edək ki, AMEA əməkdaşı Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov dünən Azərbaycanın Tehrandakı səfirliyinə təhvil veriliblər.
 
Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

 





04.06.2013    çap et  çap et