525.Az

«Azəri-Çıraq-Günəşli» yataqlarında neft hasilatı sabitləşib»


 

«Azəri-Çıraq-Günəşli» yataqlarında neft hasilatı sabitləşib»<b style="color:red"></b>

BP şirkəti Xəzərin Azərbaycana aid sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda neft hasilatını sabitləşdirib.

Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətinin prezidenti Qordon Birrel bildirib: «Bu ilin ilk 5 ayının nəticələrinə görə, hasilat göstəricilərindən və hasilatın nəticələrindən çox razıyıq. Hasilatı sabitləşdirmişik».
 
Şirkət rəhbəri bildirib ki, «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarındakı obyektlərin tam nəzərdə tutulduğu kimi fəaliyyəti davam etdirilir: «Ötən 5 ay ərzində həm qazma işlərimiz, həm də hasilatın özü planlaşdırdığımız kimi olub. Ötən 5 ayın nəticələri bizim üçün qənaətbəxşdir».

 





04.06.2013    çap et  çap et