525.Az

FHN Azərbaycanda güclü küləyin vurduğu ziyanı araşdırır


 

FHN Azərbaycanda güclü küləyin vurduğu ziyanı araşdırır<b style="color:red"></b>

İyunun 3-də axşam saatlarında Azərbaycanın bəzi şəhər və rayonlarında güclü qərb küləyi qeydə alınıb. 525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhərində və Şəmkir rayonunda küləyin sürəti saniyədə 40 metrə çatıb.

İlkin məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Aran, Şimal-qərb və Gəncə Regional Mərkəzlərinin əhatə etdiyi ərazidə müxtəlif təsərrüfat obyektlərinə və infrastrukturlara ziyan dəyib. Hazırda müvafiq komissiyalar yerlərdə dəymiş ziyanı müəyyənləşdirir.

 





04.06.2013    çap et  çap et