525.Az

Azərbaycan Dövlət Neft Şirkəti müasir qazma qurğularının inşası layihəsinə start verib


 

Azərbaycan Dövlət Neft Şirkəti müasir qazma qurğularının inşası layihəsinə start verib<b style="color:red"></b>

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Caspian Drilling Company» şirkəti ilə Sinqapurun «Keppel» şirkəti arasında yeni nəsil üzən qazma qurğusunun tikintisi ilə bağlı müqavilə imzalanıb.

«APA-Economics» xəbər verdiyi kimi, ARDNŞ prezidenti Rövnəq Abdallyevin sözlərinə görə, Azərbaycanda həyata keçirilən yeni layihələrlə əlaqədar olaraq yeni qazma qurğularına tələbat yaranıb. «Keppel» şirkəti ilə bağlanan müqaviləyə əsasən, artıq iyun ayından ilk qurğunun tikintisinə başlanacaq.
 
R.Abdullayev qeyd edib ki, ən müasir sayılan 6-cı nəsil yeni üzən qazma qurğusunun tikintisi 1 mlrd. ABŞ dollarından bir qədər artıq məbləğə başa gələcək. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 12 min metr dərinliyə quyu qazmaq imkanına malik olacaq. Yeni qazma qurğusu Azərbaycanda tikiləcək.
 
R.Abdullayevin sözlərinə görə, ölkədəki mövcud infrastruktur Sinqapur şirkətinə qurğunun Azərbaycanda tikməsi üçün şərait yaradıb: «Qurğunun tikintisi 41 ay davam edəcək və 2016-cı ilin sonunda – III rübdə qurğu suya buraxılacaq».
 
Eyni zamanda, ikinci belə qurğunun tikintisinə başlamaq üçün danışıqlara da start verilib. İkinci qurğu ARDNŞ və «Total» şirkətləri tərəfindən «Abşeron» yataqlarında istismar edilmək üçün nəzərdə tutulur.
 
ARDNŞ rəhbəri bildirib ki, Azərbaycana bundan əlavə daha iki analoji qazma qurğusu, yəni ümumilikdə 4 qazma qurğusu tələb olunur.
 
Onun sözlərinə görə, müasir qazma qurğusu olmadığına görə ARDNŞ özünün qaz yataqlarında, o cümlədən «Babək»də işləri lazımi şəkildə apara bilmir: «Yeni qurğular vasitəsilə həm özümüzün, həm də partnyorlarımızın qazma işlərini həyata keçirəcəyik».

 





04.06.2013    çap et  çap et