525.Az

İranda saxlanılan Şamxal Hüseynov ailəsi ilə danışıb


 

İranda saxlanılan Şamxal Hüseynov ailəsi ilə danışıb<b style="color:red"></b> Aprelin 30-dan AMEA-nın elmi işçisi Xalidə Xalidlə birlikdə İranda saxlanılan Şamxal Hüseynov ailəsinə zəng edib. Bu barədə APA-ya Şamxal Hüseynovun qardaşı Əlövsət Hüseynov bildirib.
 
Onun sözlərinə görə, qardaşı qısa danışıb və hazırda Azərbaycanın İrandakı səfirliyində olduqlarını deyib: “Şamxal bildirdi ki, hazırda geri qayıtmaq üçün sənədləşmə işləri gedir. Sənədləşmə başa çatan kimi Vətənə qayıdacaqlar. Lakin dönəcəkləri vaxtı dəqiq demədi. Məni çox sual verməyə də qoymadı”.
 
Qeyd edək ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
 
Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə dünən təhvil veriliblər.
 





04.06.2013    çap et  çap et