525.Az

Çexiyalı deputatlar Dağlıq Qarabağa səfər edib


 

Çexiyalı deputatlar Dağlıq Qarabağa səfər edib<b style="color:red"></b>

 Çexiya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

APA-nın “NEWS.am” agentliyinə istinadən verdiyi məlumata görə, separatçı rejimin “prezidenti” Bako Saakyan çexiyalı deputatları qəbul edib.
 
Görüşdə uydurma “Dağlıq Qarabağ Respublikası” ilə Çexiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Müzakirələr zamanı parlamentlərarası əlaqələrin qurulmasına xüsusi diqqət yönəlib.
 
B. Saakyan bildirib ki, “DQR” Çexiya ilə əlaqələrin qurulmasında maraqlıdır və bu, hər iki tərəf üçün faydalı olacaq.

 





04.06.2013    çap et  çap et